Qaynar xətt:

(+99450) 247 90 86

Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO

Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO

DÜNYA

291

27.04.2024, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaponiyanın Oqasavara adalarının qərbində, Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit Okeanda 6,9 bal gücündə zəlzələ baş verib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, mənbə 540 km dərinlikdə yerləşir.

Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələ anının görüntülərini paylaşıblar.