Qaynar xətt:

(+99450) 247 90 86

İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

DÜNYA

257

27.04.2024, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

OXU24.COM  xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölən və yaralananların hamısı xarici işçilərdir.

Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.

Muxtar bölgə hökumətinin energetika nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.