Qaynar xətt:

(+99450) 247 90 86

Çinin yeni elektromobilləri Rusiyada istehsal olunacaq

Çinin yeni elektromobilləri Rusiyada istehsal olunacaq

DÜNYA

387

25.04.2024, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü ildə Rusiya Federasiyası Evolute brendi altında yeni Çin elektromobillərinin istehsalına başlayacaq.
 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə RİA Novosti avtomobil sənayesindəki mənbəyə istinadən yazır.

Yeni brend eπ (“ipai”, Dongfeng-in alt brendidir) Pekin Beynəlxalq Avtomobil Sərgisində təqdim edilib.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiya Federasiyasında brendin hər iki modelinin - 008 krossoverinin və 007 hetçbekinin buraxılması planlaşdırılır və irimiqyaslı yığımın işə salınması bir neçə ay çəkəcək.



Mənbə bildirib ki, elektromobillər Rusiya bazarında zəif təmsil olunan orta təbəqəyə aiddir.

 

 Mənbə əlavə edib ki, sonuncunun L7 hibrid krossoveri Rusiyada Evolute brendi altında da lokallaşdırıla bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Moskva vilayətinin Solneçnoqorsk rayonundakı keçmiş “Mercedes” zavodu may ayından Çin avtomobillərinin istehsalına başlayacaq.

Moskva vilayətinin rəhbəri Andrey Vorobyov qeyd etdi ki, bu maşınlar “keyfiyyətcə heç bir şəkildə aşağı deyil”.

Qubernator onu da əlavə edib ki, payızda çinli investorlar Moskva vilayətində avtomobil hissələrinin istehsalına başlamağı planlaşdırırlar və bu işə 2,5 milyard rubl sərmayə qoyacaqlar.

Nigar