Qaynar xətt:

(+99450) 247 90 86

“ABŞ bunu gizlin edib”

“ABŞ bunu gizlin edib”

DÜNYA

363

25.04.2024, 01:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ geniş mənzilli ATACMS əməliyyat-taktiki raketlərini gizli şəkildə Kiyevə təhvil verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi bildirib.

O, ABŞ-nin bu raketləri Amerika Prezidenti Co Baydenin göstərişi ilə gizli şəkildə Ukraynaya ötürdüyünü təsdiqləyib.

“Fevral ayında o, səssizcə öz milli təhlükəsizlik qrupuna ATACMS-i Ukraynaya göndərməyi əmr etdi”, - ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, bu silahlar mart ayında açıqlanan hərbi yardım paketinə daxil edilib və aprel ayında Ukraynaya çatdırılıb.