Qaynar xətt:

(+99450) 247 90 86

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

DÜNYA

263

24.04.2024, 12:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək”.

 

Oxu24.com Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb. 

 

O, Cənubi Koreya məmurlarını hürən itlə müqayisə edib: “Mən, əlbəttə, bilirəm ki, qorxan it yaxşı hürür, lakin son zamanlar koreyalı marionet hərbçilərin liderləri həddindən artıq dərəcədə hürürlər. Əgər onlar öz rəhbərlərinə etibar etmək istəsələr və bizə qarşı güc tətbiq etməyə cəhd etsələr, dərhal məhv ediləcəklər”.

 

Onun sözlərinə görə, regionda vəziyyət “düşmən qüvvələrin”, o cümlədən ABŞ-nin daimi hərbi manevrləri səbəbindən təhlükəli hal alır.