Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya bu ölkəyə döyüş təyyarələri göndərəcək

Britaniya bu ölkəyə döyüş təyyarələri göndərəcək

DÜNYA

271

24.04.2024, 09:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın 2025-ci ildə Polşaya "Typhoon" döyüş təyyarələrini göndərməyi planlaşdırır.

OXU24.COM  xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rişi Sunak məlumat verib.

O qeyd edib ki, sözügedən təyyarələr Hərbi Hava Qüvvələrinə məxsusdur.

Siyasətçi vurğulayıb ki, Britaniya Polşaya hava patrulunda dəstək vermək istəyir.

Sunak əlavə edib ki, ölkələr hava hücumundan müdafiənin əsas məsələsində birgə işləmək üçün bütün mümkün formatlarda əməkdaşlığı dərinləşdirəcəklər.

2023-cü ilin noyabrında Polşa Böyük Britaniya ilə NAREW hava hücumundan müdafiə proqramının növbəti mərhələsi üçün müqavilə bağlayıb. Varşava yerüstü hava hücumundan müdafiə sistemini təchiz etmək üçün müdafiə şirkəti MBDA ilə 4 milyard funt sterlinqdən çox dəyərində müqavilə imzalayıb.