Qaynar xətt:

(+99450) 247 90 86

Litva Ukraynaya kömək etməkdə davam edir

Litva Ukraynaya kömək etməkdə davam edir

DÜNYA

257

23.04.2024, 20:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litva artıq bu il Ukraynaya 84 milyon avro dəyərində silah verib və bundan sonra da hər cür yardım göstərməyi planlaşdırır.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə çərşənbə axşamı, aprelin 23-də Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Fasiləsiz hərbi dəstək çərçivəsində Litva Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün M577 komanda-qərargah zirehli texnikasını təhvil verib.

 

Avtomobillərin dəqiq sayı barədə məlumat verilmir. Bununla yanaşı, departament bu il artıq Ukraynaya 84 milyon avro məbləğində yardım etdiklərini və məqsədlərini bu şəkildə yardımın göstərilməsini saxlamaqda gördüklərini bildirib.

 

Nigar