Şoyqu nə deyib?
17 Sentyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
366
10.04.2024, 18:21
İyunun 15-16-da İsveçrədə Ukraynada müharibəyə son qoymaq üçün yüksək səviyyəli sülh sammiti keçiriləcək.
Oxu24.com xəbər verir ki, Bern bildirib ki, o, “Rusiyanın sülh prosesində iştirakı üçün konkret yol xəritəsi” yaratmağı hədəfləyəcək.
Qeyd edildiyi kimi, Rusiya sammitdə iştirak etməyəcək. Eyni zamanda, İsveçrə hökuməti “ümid etdiyini bildirib ki, Rusiya nümayəndələri nə vaxtsa Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması müzakirəsinə qoşula biləcəklər”, - deyə AP agentliyi bildirib.
İsveçrə və Ukrayna yanvarın ortalarında qlobal sülh sammiti keçirməyi planlaşdırdıqlarını açıqlayıb. İki ölkənin prezidentləri Viola Amherd və Vladimir Zelenski Berndə keçirilən görüşdə yaxın vaxtlarda bu tədbirə hazırlığa başlamaq niyyətində olduqlarını bildiriblər. Lakin sammitin dəqiq tarixi açıqlanmayıb.
Eyni zamanda, Zelenski Ukraynaya işğalını davam etdirən Rusiyanı görüşə dəvət etmək planının olmadığını açıqlayıb.
O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bütün dövlətlər orada iştiraka dəvət olunacaqlar.
İsveçrədəki qlobal sülh sammiti 2023-cü ildə Danimarka, Səudiyyə Ərəbistanı və Maltada, həmçinin 2024-cü il yanvarın 14-də Davosda keçirilmiş Ukraynada sülhün nizamlanmasına dair dörd əvvəlki konfransa bənzər formatda keçiriləcək.
Sonradan məlum olub ki, Ukrayna Çin lideri Si Cinpini İsveçrədə keçiriləcək sülh sammitinə dəvət edib.
Nigar
16:05 / 17 Sentyabr 2026
29
15:55 / 17 Sentyabr 2026
37
15:45 / 17 Sentyabr 2026
68
15:30 / 17 Sentyabr 2026
64
15:30 / 17 Sentyabr 2026
65
15:05 / 17 Sentyabr 2026
71
14:51 / 17 Sentyabr 2026
146
14:45 / 17 Sentyabr 2026
76
14:30 / 17 Sentyabr 2026
85
14:26 / 17 Sentyabr 2026
550
14:24 / 17 Sentyabr 2026
78
14:20 / 17 Sentyabr 2026
93
14:12 / 17 Sentyabr 2026
121
14:07 / 17 Sentyabr 2026
75
14:02 / 17 Sentyabr 2026
69
13:57 / 17 Sentyabr 2026
70
13:25 / 17 Sentyabr 2026
79
13:20 / 17 Sentyabr 2026
115
13:18 / 17 Sentyabr 2026
72
13:10 / 17 Sentyabr 2026
79
13:00 / 17 Sentyabr 2026
89
12:56 / 17 Sentyabr 2026
377
12:55 / 17 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.