Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan onlarla danışdı

Ərdoğan onlarla danışdı

DÜNYA

438

10.04.2024, 16:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi və Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə telefon danışığı aparıb.

 

Oxu24.com  xəbər  verir   ki, Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

 

Görüş zamanı prezident Ərdoğan və prezident bir-birlərini Fitr bayramı münasibətilə təbrik ediblər.

 

Ərdoğan Nigeriya prezidenti Bola Əhməd Tinubu ilə də telefon danışığı aparıb.

 

Görüşdə Türkiyə ilə Nigeriya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

 

Prezident Ərdoğan danışıq  zamanı  Sahel bölgəsindəki hadisələrin yaxından izlənildiyini və Türkiyənin müdafiə sənayesi sahəsində təcrübə, imkan və imkanları Nigeriya ilə bölüşməyə davam edəcəyini bildirib.

 

Görüş zamanı hər iki lider bir-birini Fitr bayramı münasibətilə təbrik ediblər.

 

Nigar