Qaynar xətt:

(+99450) 247 90 86

İsrail İranın nüvə obyektlərini vuracaq

İsrail İranın nüvə obyektlərini vuracaq

DÜNYA

313

10.04.2024, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qərb xidmətlərinin nümayəndəsi The Sun qəzetinə bildirib ki, İsrail İranın istənilən mümkün hücumuna İranın nüvə obyektlərinə zərbə ilə cavab verəcək.


Oxu24.com  xəbər  verir   ki, Aprelin 8-də Səudiyyə Ərəbistanının “Elaph News” nəşri də Qərb təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən yazıb ki, Tehran İslam İnqilabının beş zabiti və iki generalının ölümünə hücumla cavab verərsə, İsrail İrandakı hədəfləri, o cümlədən nüvə obyektlərini vura bilər.

 

Elaph News qaynağının bildirdiyinə görə, son günlər İsrail hava qüvvələri, xüsusən də müxtəlif növ qırıcılar və uzaq mənzilli pilotsuz təyyarələrlə gizli təlimlər keçirir.

 

İranda elektrik stansiyaları, uran mədənləri və tədqiqat reaktorları da daxil olmaqla bir neçə nüvə obyekti var.

 

Miri