Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyandan Rusiya haqda ŞOK SÖZLƏR: Yanlış addımlar...

Paşinyandan Rusiya haqda ŞOK SÖZLƏR: Yanlış addımlar...

DÜNYA

498

10.04.2024, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasında münasibətlərin çətin dövrlərdən keçdiyini bildirib, eyni zamanda, onların əhəmiyyətini qeyd edib.

 

Oxu24.com  xəbər  verir   ki,   bu  barədə  RİA Novosti məlumat  yayıb.

 

“Ermənistan və Rusiya arasında münasibətlər çətin dövrlərdən keçir, lakin onların dövlətçilik, suverenlik və təhlükəsizlik üçün əhəmiyyətini qiymətləndirməmək olmaz”, -  deyə   Ermənistanın baş naziri deyib.

 

O bildirib ki, İrəvan Moskva ilə münasibətlərdə yanlış addımlar atmayıb və Rusiya heç bir öhdəliyi yerinə yetirməməkdə Ermənistanı günahlandıra bilməz.

 

Paşinyan onu da qeyd edib ki, Ermənistan Rusiya ilə mübahisə etmək fikrində deyil.

 

Onun sözlərinə görə, 2018-ci ilin mayında Rusiya Prezidenti Putinlə ilk görüşündə suverenliyə, dövlətçiliyə və maraqlara qarşılıqlı hörmət barədə razılığa gəliblər. Paşinyan belə bir dialoqa hazır olduğunu qeyd edib.

 

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və ABŞ nümayəndələri ilə Brüsseldə keçirilən məsləhətləşmələri “əla” adlandırıb.

 

Aprelin 3-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan hakimiyyəti ABŞ və Avropa İttifaqından bonuslar naminə öz xalqına xəyanət edir.

 

Miri