Qaynar xətt:

(+99450) 247 90 86

İran: İsrailin burada yeri yoxdur

İran: İsrailin burada yeri yoxdur

DÜNYA

315

09.04.2024, 23:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin Birləşmiş Ərəb Əmirliklərində mövcudluğu İran üçün ciddi təhlükə yaradır və Tehranın bunun qarşısını almaq öhdəliyi var.

 

Oxu24.com  xəbər  verir   ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tanqsiri belə deyir.


“Bəzən hədələr şifahi olur, orada sizə hücum edəcəklərini deyirlər, amma bəzən realdır. Qonşu Birləşmiş Ərəb Əmirliklərində mən hiss edirəm ki, təhlükə realdır”, - İranın ISNA agentliyi onun sözlərini sitat gətirib.

 

Tanqsirinin sözlərinə görə, İsrailin BƏƏ-də mövcudluğunun iqtisadi fəaliyyətlə heç bir əlaqəsi yoxdur: “Əslində onlar təhlükəsizlik və hərbi işlərlə məşğuldurlar ki, bu da təhlükədir və baş verməsinə icazə verilə bilməz”.

 

Onun fikrincə, bütün qonşu ərəb ölkələri yaxınlaşmalı və birlikdə çalışmalıdırlar və “onlar regionda təhlükəsizlik üçün çalışırlarsa, sionistlərə burada yer olmadığını başa düşməlidirlər”.

 

Nigar