Qaynar xətt:

(+99450) 247 90 86

Nobel mükafatı laureatı ölüb

Nobel mükafatı laureatı ölüb

DÜNYA

252

09.04.2024, 22:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs vəfat edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə professorun çalışdığı Edinburq Universitetində məlumat verilib.

 

“Məlum olub ki, professor Piter Hiqqs 94 yaşında vəfat edib. O, aprelin 8-i bazar ertəsi qısamüddətli xəstəlikdən sonra evində dinc şəkildə dünyasını dəyişib”, - məlumatda deyilir.

 

1964-cü ildə o, digər elementar hissəciklərdə kütlənin olub-olmamasına cavabdeh olan elementar hissəciyin mövcudluğunu irəli sürdü. O, sonradan onun adını daşıyan bozon hissəciyinin kəşfini proqnozlaşdırmışdı.

 

2013-cü ildə alim “mexanizmin nəzəri proqnozu”na görə fizika üzrə Nobel mükafatını qazandı.

 

Bundan bir qədər əvvəl iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman ABŞ-da 90 yaşında vəfat edib. Kahneman davranış iqtisadiyyatı və perspektiv nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınırdı. Bu nəzəriyyə qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edir.

 

Miri