Qaynar xətt:

(+99450) 247 90 86

Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb

Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb

DÜNYA

284

07.04.2024, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

 

Oxu24.com   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

 

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb.

 

Ekskavator zədələnib, xəsarət yoxdur.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!