Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Ukraynanın kreditlə yardım almağa hazır olduğunu açıqlayıb

Zelenski Ukraynanın kreditlə yardım almağa hazır olduğunu açıqlayıb

DÜNYA

367

07.04.2024, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Ukraynaya seçim qoymur, ona görə də Kiyev kreditlə hərbi yardım almağa hazırdır.

 

Oxu24.com  xəbər  verir  ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

 

“Biz istənilən variantla razılaşacağıq. Üstəlik, Ukraynaya hər şeyi bu gün kreditlə və ya bir ildən sonra pulsuz vermək təklif edilsəydi, biz: "Yalnız bu gün" deyərdik. Bizim seçimimiz birdir - sağ qalmaq və qalib gəlmək”, – nəşr Ukrayna liderinin sözlərini çatdırır.

 

Eyni zamanda, o, Vaşinqtonda “ağılın qələbəsi”nə ümid etdiyini bildirib və Konqresin əlavə şərtlər olmadan Ukraynaya yeni maliyyə dəstəyi paketini razılaşdırmağa hazır olduğuna ümid etməyə çağırıb.

 

Kiyevə hərbi yardımdan danışan Zelenski ABŞ-dakı seçki prosesindən də danışıb. Onun sözlərinə görə, seçkilərə görə Ukrayna bəzi amerikalı siyasətçilərin uşaq davranışlarının girovuna çevrilib.

 

Nigar