Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ NATO-nun dağılmasını istisna etməyib

ABŞ NATO-nun dağılmasını istisna etməyib

DÜNYA

408

07.04.2024, 10:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikalı hərbi analitik Con Denis NATO-nun 75 illik mövcudluğundan sonra yox ola biləcəyini istisna etməyib.

 

Oxu24.com  xəbər  verir   ki, O, bu fikri “Pravda”ya müsahibəsində bildirib.

 

Ekspert ABŞ-ın Şimali Atlantika Alyansı və Avropa ilə bağlı siyasətinin dəyişməsindən narahatlığını ifadə edərək, prezident seçkilərindən sonra NATO ilə bağlı “fundamental dəyişikliklərin” ola biləcəyini etiraf edib.

 

“Bu, alyans və Avropanın təhlükəsizliyi üçün çox pisdir. Mən hətta NATO-nun dağılmasını da istisna etmirəm, bu, Amerika Birləşmiş Ştatları üçün son dərəcə mənfi ssenari olacaq”, - Denis bildirib.

 

Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern demişdi ki, Qərbin Ukraynadakı münaqişə vasitəsilə Rusiya Federasiyasını zəiflətmək cəhdi əks nəticəyə gətirib çıxarıb.

 

Onun sözlərinə görə, Rusiya ABŞ-ın təzyiqinə tabe olan istənilən Avropa ölkəsindən qat-qat güclüdür.

 

Makqovern hesab edir ki, NATO tərəfindən münaqişənin qızışdırılması səhvdir və qoşunların mümkün göndərilməsi də uğursuzluqla başa çatacaq, çünki Rusiya Federasiyası bunun cəzasız qalmasına imkan verməyəcək.

 

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri ABŞ-ı digər ölkələrə müdaxiləni dayandırmağa çağırıb.

 

Nigar