Qaynar xətt:

(+99450) 247 90 86

Yapon şirkəti Rusiyaya üç milyard rubl ödəyib

Yapon şirkəti Rusiyaya üç milyard rubl ödəyib

DÜNYA

351

04.04.2024, 20:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mitsubishi PSMA Rus zavodu ilə müqaviləni ləğv etdikdən sonra 3 milyard rubl ödəyib

 

Yaponiyanın Mitsubishi avtomobil konserninin Rusiya nümayəndəliyi Rusiyanın Kaluqadakı PSMA Rus avtomobil zavodu ilə yolsuzluq avtomobillərinin istehsalına dair müqaviləni ləğv edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “İnterfaks” konsernin törəmə şirkəti “Mitsubishi Motors Rus LLC”nin (MMR) hesabatına istinadən yazır.

 

Nəticədə Rusiya bazarını tərk edən istehsalçı şirkətə təxminən üç milyard rubl təzminat ödəyib.

 

Sənədlərdə deyilir ki, müqaviləli istehsal müqaviləsi 27 dekabr 2023-cü ildə rəsmi olaraq ləğv edilib və ödəniş 2024-cü ilin yanvarında edilib.

 

PSMA Rus zavodu əvvəllər Mitsubishi Outlander və Mitsubishi Pajero Sport avtomobillərini istehsal edirdi. Onların yığılması 2022-ci ilin aprelində dayandı və lazımi komponentlərin tədarükü eyni vaxtda dayandırıldı.

 

Nigar