Qaynar xətt:

(+99450) 247 90 86

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı

DÜNYA

910

28.02.2019, 09:13

  Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.
Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb. Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.