Türkiyənin Kocaleli şəhərində yerləşən Dövlət Xəstəxanasında biabırçı hadisə baş verib.
Publika.az xəbər verir ki, xəstəxananın Təcili Tibbi Yardım bölməsinin labaratoriya heyətindən bir nəfər öz iş kompüterində intim video açıb.
Lakin bu video xəstələri məlumatlandırma ekranına da ötürülüb. Görüntüləri görən vətəndaşlar tibbi heyətdən şikayət edib və onlar polis tərəfindən saxlanılıb.
Polisə ifadə verən texniki işçi film izləmək istədiyini, lakin internet səhifəsinin avtomatik olaraq pornoqrafik video açdığını bildirib.
Faktla bağlı istintaq işi açılıb.
Oxu24.com
ŞƏRHLƏR