Qaynar xətt:

(+99450) 247 90 86

Fransada 2800 nəfər qripdən ölüb

DÜNYA

716

21.02.2019, 20:53

\"\" Fransada \"H3N2\" qrip virusu 2800 nəfərin ölümünə səbəb olub.
Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son 2 həftədə 25 min nəfər qrip səbəbilə təcili yardıma müraciət edib, 4379 nəfər xəstəxanaya yatırılıb. Həyatını itirənlərin 87%-i yaşı 75-dən yuxarı olan şəxslərdir. Qrip əleyhinə peyvənd bu virusla yalnız 21% halda mübarizə apara bilir. Qeyd edək ki, \"H3N2\" 2015-ci ildə 18 min nəfərin ölümünə səbəb olmuşdu.