Qaynar xətt:

(+99450) 247 90 86

Polis mitinqə gələn qıza təcavüz edib?

2019-02/1550642905_polis-taciz.jpeg

DÜNYA

1398

20.02.2019, 10:08

  Türkiyədə tələbə qızın polis tərəfindən cinsi təcavüzə məruz qalması xəbəri geniş müzakirələrə səbəb olub.
Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ankarada universitet tələbəsi Merve Demirelin keçirilən mitinq zamanı polis tərəfindən təcavüzə məruz qalması idda edilib.Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının mitinq iştirakçılarını ərazidən uzaqlaşdırarkən tələbə qıza toxunduğu və qeyri-etik hərəkətlər etdiyi əks olunub. {banner_reklam} Müxalifət partiyaları qeyd olunan görüntüləri paylaşaraq həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. İddialarla bağlı hakim partiya olan Ədalət və İnkişaf partiyasından da reaksiya gəlib. Partiyanın üzvü Özlem Zengin videonu izlədiyini və polisin bilərəkdən gənc qıza o hərəkəti etmədiyini bildiirb. "Polis mitinq iştirakçılarını ərazidən uzaqlaşdırarkən bilmədən tələbə qıza toxunur.Düşünürəm ki, bunu bilərəkdən etməyib", deyə o açıqlamasında bildirib.Sözügedən kadrları təqdim edirik: