Qaynar xətt:

(+99450) 247 90 86

Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı

2019-02/1550593444_siqaret.jpg

DÜNYA

590

19.02.2019, 20:22

\"\" Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb. Bununla bağlı xidmətin saytında məlumat yerləşdirilib.
“Rusiyanın Dağıstan ərazisindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, – məlumatda bildirilib. Qeyd edilib ki, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib. Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub