Misir prezidenti Əbdül Fəttah əs-Sisi Almaniyada keçirilən Münhen Təhlükəsizlik konfransında çıxışı zamanı terrorrizm və təhlükəsizlik problemlərindən bəhs edərkən Osmanlı imperiyası zamanı “törədilən” “erməni soyqırımı”na toxunub.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ərəbşünas erməni ekspert Araks Paşayan “Facebook” səhifəsində yazıb. Qondarma və heç bir tarixi fakta əsaslanmayan “eməni soyqırımı” barədə danışdıqdan sonra əs-Sisi bildirib ki, ermənilər artıq onilliklər boyu Misirdə təhlükəsiz şəkildə yaşayırlar. Bununla da, Əbdül Fəttah əs-Sisi uydurma “erməni soyqırımı” mövzusuna beynəlxalq səviyyədə toxunan ilk müsəlman-ərəb lideri olub. Müsəlman bir dövlətin başçısının siyasi təzyiq məqsədi güdən bu çıxışı türklər tərəfindən qəzəblə qarşılanıb. Hələ 2016-cı ilin yayında Misir deputatları qondarma “erməni soyqırımı”nın ölkə parlamenti tərəfindən tanınmasına çalışmışdılar. Onlar bu yolla Türkiyənin Misirə qarşı düşmənçilik siyasətinə və ölkənin daxili işlərinə müdaxilə etmək cəhdlərinə cavab verəcklərini bildirirdilər. Qeyd edək ki, rəsmi Ankara Misir hakimiyyətini Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının üzvlərini dəstəkləməkdə, Misir isə Türkiyəni ikili standartlarda və “Müsəlman Qardaşları”nı dəstəkləməkdə günahlandırır. Oxu24.com
ŞƏRHLƏR