Qaynar xətt:

(+99450) 247 90 86

Metroda nə baş verib?

2019-02/1550121327_09-09-59-metroqq.jpg

CƏMİYYƏT

1188

14.02.2019, 09:14

\"\"  Metroda qatarların hərəkətində problem yaranıb. Oxu24.com xəbər verir ki, \"Bakı Metropoliteni\" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun \"İçərişəhər\" stansiyasında baş verib: \"Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb.
Bu da qatarların intervalında gecikməyə səbəb olub\". Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.