Respublikanın ən gənc prorektoru Hidayətli kimdir? - DOSYE
13 Dekabr 2025, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
401
06.12.2023, 20:54
Son zamanda qızılca xəstəliyinin sürətlə yayılması cəmiyyətdə böyük narahatlıq yaradır.
Bu xəstəliyin yayılmasından çox, uşaqlar arasında ölüm hallarının artması da narahatlığı daha da artırır. Həkimlər isə valideynlərə bu sahədə diqqətli olmağı tövsiyyə edirlər.
OXU24.COM xəbər verir ki, tanınmış pediatr, uzman doktor Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, rəsmi statistika göstərilməsə belə, ölkədə qızılca xəstəliyində artımlar müşahidə olunur.
Onun sözlərinə görə, bu artımın olmasının əsas səbəbi də valideynlər tərəfindən və poliklinikalarda vətəndaşları düzgün yönləndirməmələri səbəbindən peyvəndləmənin olmamasıdır:
"Bu sahədə peyvəndlərin 97 faizə qədər qoruyuculuğu var. Peyvəndlər vurulmadığı üçün qızılca xəstəliyi yayılıb. Qızılca xəstəliyinə görə pandemiyanın yaranması ehtimalı yoxdur. Pandemiya infeksion xəstəliyin bütün bir qitəni götürdüyü zaman yaranır.
Düşünmürəm ki, qızılca xəstəliyi pandemiya olsun. Çünki digər ölkələrdə bununla bağlı peyvəndlənmə sahəsində vəziyyət o qədər də ağır deyil. Bu əsasən bizim kimi post Sovet ölkələrində problemlidir. Dİgər Avropa ölkələrində isə risk demək olar ki yoxdur. Amma epidemiya ola bilər".
Həkim deyir ki, əsasən 5 yaşına qədər olan uşaqlarda qorxuludur:
"Azyaşlılar ağırlaşmalar ola bilər. Ciddi şəkildə ağırlaşmalar zamanı pnevmoniya, orta qulağın iltihabı ola bilər. Ən gec ağırlaşması isə ensefalitdir.
Həmçinin oxuyun
Bu zaman təəssüf ki, insanın heç bir müalicəsi yoxdur. pnevmoniya, orta qulağın iltihabı oaln uşağı qurtarmaq mümkündür. Lakin ensefalit olan uşağın həyatda qalması mümkün olmur".
Azər Əhmədov uşaqların qorunması yollarını da belə izah edib:
"Bu bir virus infeksiyasıdır. Sadəcə yayılma ehtimalı yüksəkdir. Hava-damcı yolu ilə yayılır. Lakin doğru şəkildə və təbii məhsullarla qidalanma zamanı uşaqlarda müqavimət bir az daha güclü olur. BU zaman uşaq xəstəliyi bir az yaxşı keçirə bilər.
Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur. Bir çox virus infeksiyalarında olduğu kimi xüsusi müalicə üsulu yoxdur. Çoxlu maye qəbul etməlidir.
Əsasən xəstəliyin ağırlaşmasını müalicə edirik. qızılca xəstəliyinin özündən yox, ağırlaşmasından ölüm halları baş verir. Ona görə də, ağırlaşmanın qarşısını almaq lazımdır.
Belə bir əlamətlər olduğu zaman mütləq həkimə müraciət etmək laızmdır. İlk öncə qrip əlamətləri ilə başlayır. Sonradan dəri səpkilərin olması, yüksək hərarətin olması müşahidə olunur. Əsasən yuxarıdan, boyun ətrafından aşağıya doğru səpkilər yaranır.
Valideynlərə bir nömrəli məsləhətimiz budur ki, övladlarına təkcə qızılca xəstəliyinə qarşı deyil, digər xəstəliklərə də qarşı peyvəndlər vurdursunlar. Peyvənd həyat qurtarır. İnfeksion xəstəliklərin hamısı ilə mübarizə optimal yolu peyvəndləmədir".
23:47 / 13 Dekabr 2025
10
23:44 / 13 Dekabr 2025
7
23:30 / 13 Dekabr 2025
15
22:45 / 13 Dekabr 2025
140
22:30 / 13 Dekabr 2025
74
22:28 / 13 Dekabr 2025
82
22:22 / 13 Dekabr 2025
77
22:11 / 13 Dekabr 2025
163
21:58 / 13 Dekabr 2025
321
21:34 / 13 Dekabr 2025
868
21:21 / 13 Dekabr 2025
71
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
326
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
267
19:53 / 13 Dekabr 2025
87
19:21 / 13 Dekabr 2025
542
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1026
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.