Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax - Hacı Nurandan şok sözlər

2019-02/1549865688_1532676614_11.jpg

CƏMİYYƏT

856

11.02.2019, 10:15

  Oxu24.com  xəbər verir  ki, ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı məşhur aparıcı Hacı Nuran olub.
Siqaretin zərərlərindən danışan Hacı Nuran bildirib ki, heç bir zaman spirtli içki və siqaretdən istifadə etməyib. “8 nömrəli məktəbdə oxumuşam. Şəhər uşaqları olmuşuq. Siqaretə meyillilik var idi. 6-cı sinifdən başlayaraq sinif yoldaşlarım hamısı siqaret çəkirdi. Siqaret çəkmək mənə görə dəhşətli bir şey idi. Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax. 100 dollar təklif edildi ki, 1 dəfə dadını bil. Dedim ki, heç vaxt siqaret və içkinin dadını bilməyəcəm. Xəstəlik keçirdikdən sonra həkim dedi ki, yaxşı ki, siqaretdən istifadə etməmisən. Tez sağalmağın üçün şans olacaq”.