Prezident İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Kərimov Kərəm Təbriz oğluna "Əməkdar elm xadimi”, Ağayev Misirxan Muradxan oğluna və Şamilova Faiqə Hacıbala qızına "Əməkdar həkim” fəxri adı verib.
Prezidenr mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə Hüseynova Leyla Qafar qızına və Məmmədov Ədalət Eyvaz oğluna "Əməkdar memar”, Kərimli Telman Nəcəf oğluna və Sultanov Zakir İmran oğluna "Əməkdar mühəndis”, Nuriyev Fuad Lütvəliyeviçə isə "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Oxu24.com
ŞƏRHLƏR