Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9789
az

Səhər yeməkdən əvvəl su içməyin MÖCÜZƏVİ 10 FAYDASI

21:4210 Fevral, 2019
797
CƏMİYYƏT
  • A
Bədənimizin böyük bir hissəsi sudan ibarətdir. Əzələlərimizin 75, beynimizin 90, sümüklərimizin 22, qanımızın 83 faizi sudan ibarətdir. Alimlər daim ac qarınına su içməyin faydalı olduğunu deyir.

Bəs bu fayda nədən ibarətdir?

Oxu24.com bu faydaları təqdim edir:

Səhər yeməyindən əvvəl 1-2 stəkan su içmək bədəndəki toksiki və ehtiyac olmayan maddələrdən xilas olmaq üçün idealdır. Beləliklə günə başlayanda su içmək metobolizmanı gücləndirir və xəstəliklərdən qoruyur.

Gecə boyu bədənimiz hüceyrələrini təmir edir və özünü yeniləyir. Buna görə səhərlər ac qarnına su içmək artıq maddələrin sidik vasitəsilə bədəndən çıxması üçün faydalıdır.

Ac qarnına su içmək spirt, tütün, kirlilik və pis qidalanma ilə əlaqədar bədənimizə daxil olan zərərli maddələrin təsirini azaldır.

Su dərimizin ən yaxşı dostlarındandır. Dərimizin sağlam və gözəl olması üçün ac qarnına su içmək faydalıdır. Hər səhər ac qarnına 2 stəkan su içmək dərimizə elastiklik verər, gərginlik və qocalmadan qoruyar.

Səhər ac qarnına su içmək orqanlarımızın su ehtiyacını qarşılayar və sağlam işləməsinə kömək edər.

Ac qarnına 2-3 stəkan su içmək arıqlamağa köməklik edər. Su bədəndəki toksiki maddələri atmaqla yanaşı, yağ və kalori yandırmağa da kömək edər. Eyni zamanda aclıq hissini azaldır.

Səhərlər su içmək limfa vəzləri və bağırsaqları infeksiyalardan qoruyur.

Ac qarına ilıq su içmək günə enerji ilə başlamağa kömək edir. Bu, həmçinin yorğunluğu aradan qaldırar.

Səhər yeməyindən əvvəl su içmək bağırsaqların fəaliyyətini canlandırır, qəbizliyə qarşı yaxşı təsir göstərir.

Qastrit və buna oxşar problemlərdən əziyyət çəkirsinizsə, su sizin ən yaxşı köməkçiniz olar. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı