Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9757
az

Bu gün əziz İslam peyğəmbərinin qızı Həzrət Fatimənin (s.ə) şəhadət günüdür

10:3509 Fevral, 2019
991
  • A
 
“Qərinələr Siddiqətul-Kubranın mərifəti ilə dövr eliyib” – İmam Sadiq (ə)


Oxu24.com  xəbər verir ki, bu gün cəmadiul-axirin 3-ü Xanım Zəhranın (s.ə) şəhadət günü kimi qeyd olunur.

 
Xanım Fatimə (s.ə) bütün müsəlman ümmətinin baş tacı, göz nurudur. Hər kəs o Xanımı (s.ə) böyük ehtiramla yad edir. Həmçinin Xanım (s.ə) Allah Rəsulundan (s) sonra sağ qalmış yeganə övladıdır. Bütün 11 imam (ə) və imamzadələr o Xanımın (s.ə) soyundandır.

 
Xanımın (s.ə) vəfat günü ilə bağlı əsas iki tarixi gün qeyd edilir. Bunun səbəbi həmin dövrün siyasi böhranları ilə əlaqədardır. Tarixi mənbələrdə Xanımın (s.ə) gecə gizli şəkildə dəfn olunduğu deyilir. Bu səbəbdən Hz. Fatimənin (s.ə) məzar yeri və dəqiq vəfat tarixi məlum deyil.


Bir mənbədə Xanımın (s.ə) şəhadəti Allah Rəsulunun (s) vəfatından 75 gün sonra, digər bir mənbədə isə 95 gün qeyd olunur.

 

Belə olduqda Xanımın (s.ə) şəhadəti ya cəmadul-əvvəlin 13-nə və ya cəmadius-saninin 3-nə təsadüf edir. Əhli-beyt (ə) sevərlər bu iki tarix arasında olan 20 günü “əyyami-Fatimə” (Fatimə günləri) kimi qeyd edir, əzadarlıq məclisləri təşkil edirlər.


İmam Sadiq (ə) Xanım Zəhranın (s.ə) fəzilət və ali məqamına işarə edərək buyurur:

“Qərinələr Siddiqətul-Kubranın mərifəti ilə dövr eliyib”


“Furatul-Kufi” təfsirinin müəllifi hədisin şərhində yazır:

“Dövr etmək yəni keçmək, keçib getmək mənasındadır. Qərinələr isə keçmiş ümmətlər mənasındadır. Necəki Yunis surəsinin 13-cü ayəsində “Sizdən qabaq neçə-neçə qərinələri (ümmətləri) özlərinə zülm etdikləri üçün (iman gətirmədikləri üçün) məhv etdik” deyə buyrulur.

Qısası hədisdən anlaşılan bu dur ki, Hz. Musanın, İsanın, İbrahimin (onlara salam olsun) iman gətirmiş qövmü Həzrət Fatimənin (s.ə) mərifətinə (tanımağına) sahib olmuşlar.

Yaxud dövr (darət-ərəbcə- دَارَتِ) sözünü heyran olmaq kimi də tərcümə etmək olar. Əgər belə tərcümə olarsa bu da o deməkdir ki, keçmiş qövümlər, ümmətlər Xanımı (s.ə) tanıyıb və məqamına heyran olublar. Çünki rəvayətdə buyrulur: Xanımın Fatimə adlandırılmasının səbəbi məxluqatın onu (s.ə) tanımaqda aciz olması mənasındadır.”


(Furatul-Kafi təfsiri 581)


Qeyd edək ki, Siddiqətul-Kubra Xanım Zəhranın (s.ə) ləqəblərindən biridir. “Kubra” böyük mənasında, “Siddiqə” isə doğruçu mənasındadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi