Qaynar xətt:

(+99450) 247 90 86

Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır-

2019-02/1549607595_ekskavator-asdi.jpg

CƏMİYYƏT

955

08.02.2019, 10:33

  Qubada bədbəxt hadisə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur. Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir.