Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda sübh çağı daha bir zəlzələ

2019-02/1549430108_19_02_06_1549429774.jpg

CƏMİYYƏT

802

06.02.2019, 09:15

\"\"  Fevralın 5-də İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verib.
Oxu24.com  xəbər verir ki, ETSN-nin Milli  Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun jurnalistlərə verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Birinci təkan qısamüddətli, ikinci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.