Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9580
az

Dərinin “ən bahalı kremi”: üzdə gəzən ilbizlər

11:1903 Fevral, 2019
761
CƏMİYYƏT
  • A
 İlbiz terapiyası dünyada populyarlaşdığı kimi ölkəmizdə də geniş yayılır. Artıq tanınmış şəxslər də bu üsula müraciət edirlər. Müğənni Tünzalə Ağayeva yaxın günlərdə ilbiz terapiyası ilə gündəmə gəlib.
 
İlbizdən hələ qədim dövrlərdə tibbi məqsədlə üçün istifadə olunub. Hippokrat ilbiz seliyini turşumuş südlə qarışdararaq yanıqlarım müalicəsində istifadə edirdi.

Bəs ilbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır?

Oxu24.com xəbər verir ki, ilbiz terapiyası üçün iri Afrika axantini növü tətbiq edilir. Bu ilbizlər "ev” şəraitində yetişdirilir. Qeyd edək ki, təbii halda çoxalan kiçik ilbizlərdən bu məqsədlə istifadə edilmir.

İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Belə ki, onun dəriyə təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr sintez olunur.

Bunlara aşağıdakılar aiddir:

1.Kollagen
2.Elastin
3.Allantoin
4.Qlikol turşusu
5.Proteaza
6.Xitozan
7.A, C, E, B6, B12 vitaminləri

İlbiz terapiyasını yalnız üzdə deyil, bədənin müxtəlif nahiyələrində - dekoltedə, qarında, çanaqda, əllərdə də etmək mümkündür.

İlbiz terapiyasının təsiri ilə dəridə aşağıdakılar baş verir:

1)Dərinin regenerasiyası
2)Nəmlənməsi
3)Rənginin yaxşılaşması
4)Piy vəzilərinin fəaliyyətinin yaxşılaşması
5)Ölü hüceyrələrin təmizlənməsi
6)Qırışların açılması
7)Sallanmaların aradan qaldırılması
8)Piqment ləkələrin təmizlənməsi
9)Çapıqların aradan qaldırılması
10)Yanıq izlərinin aradan qaldırılması

Terapiyanın tətbiqi üçün ilk növbədə üzdən kosmetika tamam təmizlənməlidir. Təmiz dəri südlə silinir. İlbiz axar suyun altında yuyulur. Üzə qoyularaq hərəkət etməsi təmin edilir. Onun ağız və göz ilə təmasına yol verilməməlidir. Onun dəri üzərinə selik ifraz etdiyindən əmin olun. 15-20 dəqiqədən sonra ilbizi götürərək dərini masaj edin. Daha 15 dəqiqə gözləyin. Selik tamamailə quruduqdan sonra üz təmiz su ilə yuyulmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi