Qaynar xətt:

(+99450) 247 90 86

Sabahın hava proqnozu: yağış, duman, çiskin

2019-02/1549103714_yagis.jpg

CƏMİYYƏT

806

02.02.2019, 14:35

\"\" Bakıda və Abşeron yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Bu barədə Oxu24.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Rayonlarda sabaha arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti təşkil edəcək.