Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika

2019-02/1549032284_ilham_aliyev_president_291217_2.jpg

CƏMİYYƏT

898

01.02.2019, 18:45

\"\" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: \"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü\"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 (on dörd milyon iki yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin\".