Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9524
az

Azərbaycanda "DONUZ QRİPİ"nin olduğu TƏSDİQLƏNDİ

10:4801 Fevral, 2019
1039
CƏMİYYƏT
  • A
 
Azərbaycanda H1N1 virusu var, amma bunun adı “donuz qripi” deyil. Bu qrip ilk yayıldığı zaman adına “donuz qrip” deyildi. Lakin son 10 ildə buna “insan qripi” deyirik. Gürcüstanda H1N1 virusu çox yayılıb. Hər il dünyada 70 min insan qripdən ölür.

Oxu24.com  xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

“Bu virus dünyada varsa, onu heç kim dayandıra bilməz. Azərbaycanda isə böyüdüləcək qədər dəhşətli deyil. Hər ilin ikinci ayında laborator nümunələrin analizi aparılır. 10-cu ayda isə peyvəndlər hazırlanır. Hər yerdə mövsümi qriplər var: Azərbaycanda da, Gürcüstanda da. Qripdən qorunmaq üçün peyvənd olunmaq lazımdır.

İnsanlar tez-tez əllərini yumalıdırlar. Öskürərkən dəsmala öskürmək lazımdır. Bu yolla başqalarını da, özümüzü də qoruya bilərik”, - o bildirib.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev bildirib ki, bu qrip Azərbaycanda kəskin şəkildə deyil:

“Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə aparmaq gücündədir”.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi