Qaynar xətt:

(+99450) 247 90 86

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

2019-01/1548950691_1548946811_qarli_hava_02589-1.jpg

CƏMİYYƏT

871

31.01.2019, 20:04

\"\" Azərbaycanda növbəti üç gündə hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com.-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz və 3-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.