Qaynar xətt:

(+99450) 247 90 86

Bu sosial şəbəkə istifadəçilərinə BƏD XƏBƏR - Fəaliyyəti dayandırılır

2019-01/1548949557_sosialmedia.jpg

CƏMİYYƏT

701

31.01.2019, 19:45

\"\" “Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.
Oxu24.com xəbər verir ki, aprelin 2-dən “Google+” sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. “Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq. Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.