Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM - 11 468 300 manat ayrıldı

2019-01/1548949351_ilham_aliyev_president_291217_2.jpg

CƏMİYYƏT

934

31.01.2019, 19:42

\"\" Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 468 300 manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın. Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.