Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9365
az

Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu: Qripdən ölməyib?

10:5028 Yanvar, 2019
1359
CƏMİYYƏT
  • A
 
Xamisi dünən dəfn ediblər. Hazırda isə onun ailəsinə başsağlığı vermək üçün Sabirabada gedirəm.

Bunu  Oxu.Az-a MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.

Döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədov dünən gözlənilməz şəkildə vəfat edib.

Bir neçə il əvvəl məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədovu Dağıstan açıq çempionatında məğlub etmiş Xamisin qripdən vəfat etdiyi bildirilir. Bunu vaxtilə onu Bakıda yarışlara hazırlaşdırmış Azad Əsgərov da təsdiqləyib:

“Soyuqlamadan vəfat edib. Bir-iki gün əvvəl nəfəs almaqda çətinlik çəkirdi”.

34 yaşlı Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb