Mütəxəssislər hesab edirlər ki, beynimiz bioloji kompüterdir, şüurumuz isə bu kompüterin proqramıdır, öləndən sonra da o itmir.
Milli.Az Publika-ya istinadən xəbər verir ki, bu günlərdə iki alimin söylədiyi fikirlər dünya elmini heyrətə saldı. Onlar deyirlər ki, insanın fiziki bədəni öləndən sonra ruhu yaşayır. Ruha hopmuş informasiyua seli isə dünyamıza qayıdır.
Əsrlər boyu insanları bu məsələ üzərində baş sındırıblar. Ruh varmı? Varsa, ölümsüzdürmü? Bədən öləndə o yaşayırmı?
Əsrarəngiz insan ruhu qərinələr boyu alimləri düşündürüb. Bu yaxınlarda mütəxəssislər ruhumuzun yenidən bəşəriyyətə geri döndüyünü sübut etdilər.
1995-ci ildə Amerikanın məşhur alimi anestezioloq və psixoloq Stüart Hameroff və Rocer Penrouz şüurun kvant nəzəriyyəsi üzərində işıəməyə başlayırlar. Onların gəldiyi qənaətə görə ruh (yaxud digər varlıq) beynin hüceyrə strukturuna malikdir.
Bu inqilabi nəzəriyyəyə görə insanın ruhunun quruluşu beynimizin quruluşu ilə bənzərdir. Alimlərə inansaq Alimlərə inansaq, insanların şüur olaraq qəbul etdiyi şey, əslində mikrotübüllərdən yaradılmış kvant cazibə təsirlərinin birləşməsidir. Onlar bu prosesə "Orchestrated Objective Reduction" deyirlər.
Bu o deməkdir ki, insan ölüm anında beyindəki mikrotübüllər kvant vəziyyətini itirir, amma tərkibindəki informasiya əsla itmir. Yaxud belə deyək insan öləndə ruhu ölmür, bəşəriyyətə geri dönür.
Professor Hameroff öz nəzəriyyəsini belə izah edir:
"Təsəvvür edin ki, insanın ürəyi dayanır, artıq döyünmür. Damarlarından qan axmır. Mikrotübüllər öz kvant vəziyyətini itirir. Amma onlar məhv ola bilməz. Sadəcə bəşəriyyətə qayıdıb havaya sovrulur.
Ona görə kliniki ölümdən dönən insanlar möcüzə gördüklərini etiraf edirlər. İnsan bu həyata qayıtmayanda isə bədən xaricində sonsuz şəkildə var ola bilir. Təbii ki, bu ruh sayəsində baş verir. Bu o deməkdir ki, insanın ruhu şürümüzdakı neyronların qarşılıqlı təsirindən üstün anlamdır. Və böyük ehtimalla o biz doğulandan öncə də mövcud olur. Oxu24.com
ŞƏRHLƏR