Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda 716 nəfər qızılcaya yoluxub

2019-01/1548529032_271006_res_01-1.jpg

CƏMİYYƏT

641

26.01.2019, 22:58

\"\" Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb.
“Oxu24” xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb: “Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”. Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.