Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9309
az

Çuğundurun bilmədiyimiz 6 faydası - Süfrənizdən əskik etməyin

00:4626 Yanvar, 2019
656
CƏMİYYƏT
  • A
Çuğundur çox faydalı tərəvəzdir. Bu möcüzəvi bitkinin bir çox unikal xüsusiyyətləri də var. Onun tərkibində olan qidalı maddələr və antioksidantlar əsl sağlamlıq mənbəyi hesab edilir.

Oxu24.com çuğundurun bilmədiyimiz 6 faydasını təqdim edir:

1. Çuğundur orqanizimdə olan azad radikalları məhv edərək orqanizmi onların zərərli təsirlərindən qoruyur. Bu maddələr orqanizmdə gedən metobolitik prosesslərin təsiri ilə yaranır. Stress, qidalanma, ətraf mühitin çirklənməsi kimi bir sıra amillər azad radikalların əmələ gəlmə prosesini sürətləndirir. Bu maddələr artrit, xərçəng, Altsheymer kimi bir çox təhlükəli xəstəliklərin meydana çıxmasına səbəb olur.
 
2. Qan təzyiqinin aşağı salınmasında çuğundur şirəsinin rolu böyükdür. Aparılan araşdırmada könüllülər gün ərzində 500 ml çuğundur şirəsi qəbul etmişlər.  3 saatdan sonra  onların qan təzyiqində azalma müşahidə edilib. Bu effekt çuğundur pəhrizi saxlayan insanlarda daha yaxşı meydana çıxır. Səbəbi onun tərkibində olan nitratların orqanizmdə azot oksidinə çevrilməsidir. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin aşağı düşməsinə səbəb olur.

3. Çuğundur dəridə, prostat vəzində, süd vəzində və ağciyərlərdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Ona bu xüsusiyyəti verən maddə betain maddəsidir.
 
4. Çuğundur beynin fəaliyyətini artırır. Onun tərkibində olan nitratlar beyinin oksigensiz qalan hissələrinin işini yaxşılaşdıraraq yaddaşı qüvvətləndirir.

5. Qaraciyər orqanizmin təmizlənməsində əhəmiyyətli rol oynayır. Amma toksik maddələrin bu orqanda yığılması nəticəsində onun işi pozulur. Çuğundur şirəsi qaraciyər hüceyrələrini toksinlərdən qoruyaraq onu təmizləyir.
 
6. Çuğundurun tərkibində olan betain maddəsi hüceyrələrda əsasən də qaraciyər hüceyrələrində piy toplanmasının qarşısını alaraq onları cavan saxlayır. Buna görə də, çuğundurdan qaraciyərin hepatozunun praflaktikasında istifadə edilir.

Həkimlər bildirirlər ki, qırmızı rəngli tərəvəzlərin şirəsindən gün ərzində 5-6 fincandan çox istifadə məsləhət deyil! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ