Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9249
az

Pis söz deməyi tərgitmək üçün 10 məsləhət

23:3424 Yanvar, 2019
1186
CƏMİYYƏT
  • A
Pis söz deyən və ya söyüş söyən - əslində şeytanın şərikidir. Belə ki, İmam Sadiq (ə) buyurur: "Şeytanın insanın nütfəsində iştirak etməsinin nişanələrindən biri də budur ki, o, söyüş söyən olar. Nə dediyindən və nə eşitdiyindən qorxmaz".

Bəs söyüş söyməyə adət edən insan özünü necə müalicə etməlidir?

1. İnsan əziz olmasını saxlamaq üçün, ağzını təmiz etməlidir. İnsan xoşlayır ki, başqaları tərəfindən əzizlənsin və sevilsin. Ancaq o insan ki, söyüş söyməyə adət etmişdir, əksinə insanların ondan uzaqlaşmasına şərait yaradar. Bunu dərk edən insan dilini yaxşı sözlərə adət etdirər ki, pis sözləri aradan aparsın.

2. İnsan başa düşməlidir ki, söyüş söymək günahdır və o, bu günahı tərk etməlidir. Ona görə də dilini Allah zikri ilə məşğul etməlidir.

3. Kərim və alim insanlarla oturub-durmalıdır.

4. Əgər dilinə söyüş gətirərsə, tez üzr istəməlidir.

5. Allahı yada salıb, Ona sığınmalıdır.

6. Moizələrə qulaq asmalıdır və başa düşməlidir ki, ancaq yaxşı insanların adı yadigar qalır.

7. Özü ilə əhd bağlamalıdır ki, əgər dilinə pis söz gətirsə, qarşı tərəfə hədiyyə alacaq və üzr istəyəcəkdir.

8. İnsan o zaman söyüş söyər ki, kiməsə qəzəblənər. Ona görə də səbir etməyi və qəzəbinə qalib gəlməyi öyrənmək lazımdır.

9. Hər günün sonunda öz əməllərini mühasibə etməlidir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər həmin günü söyüş söyməyibdirsə, Allaha şükür etməlidir. Əgər pis söz deyibdirsə, tövbə və istiğfar etməlidir.

10. İradəsini gücləndirməlidir. Bilməlidir ki, insanın həm cismi və həm də mənəvi tərəfi vardır. Əgər mənəvi tərəfini gücləndirsə, cismi ona tabe olacaqdır və bədən üzvləri rəzil işləri görməkdən əl çəkəcəkdir.

Söyüş - ya cismi, ya da ruhi xəstəliyin nəticəsidir. Bu zaman insan ağlının, vicdan və pak fitrətinin əleyhinə iş görər. Ona görə də vicdanı daima onunla vuruşar. Bu müharibə isə insanı xəstə edər. Bu səbəbdən insan gərək vicdanının, ağıl və fitrətinin əleyhinə olan işlərdən çəkinsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi