Ölüm - elə bir hadisədir ki, hamı onun həqiqətindən agah olmaq istəyir. Ancaq öləndən sonra insanın nə hiss etdiyi və nələri gördüyü məchuldur. Amma bu həqiqətlər barədə bəzi Quran ayələri və Məsumların (ə) verdiyi xəbərlərdən müəyyən qədər agah olmaq olur.
Ancaq bu məlumatlar da ölümün həqiqətini bizə izah etməyə kifayət etmir.
Bəs nə üçün ölümün həqiqəti bizim üçün müəyyən mənada gizli saxlanılır?
Əmirəl-möminin (ə) "Nəhcul-bəlağə"nin 20-ci xütbəsində ölümün sirr halda qalmasına işarə etmiş və buyurmuşdur: "O şeyi ki, ölülər görüblər, əgər siz görsəydiniz, səbirsiz olar və qorxardınız. Eşidib itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər sizin üçün gizlidir. Pərdələrin aşağı düşməsi yaxındır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, həqiqəti dünyada insana nişan veriblər. Əgər doğru şəkildə baxarsa, haqqın səsinə qulaq asarsa, bu dünyada da ibrətverici mövzuları bütün insanlar görə bilər.
Qiyamət sizin qarşınızdadır və ölüm sizi arxadan qovar. Yükünüz yüngül olsun ki, çata biləsiniz. O kəslər ki, gediblər - sizin intizarınızı çəkirlər".
İmam Əli (ə) bu nurani kəlamları ilə bizim suallarımızı cavablandırır və bizə tövsiyə edir ki, hər an ölümə hazır olaq və yükümüzü, yəni günahlarımızı yüngülləşdirək. Əgər yükümüz ağır olarsa, bizi gözləyən və dünyasını dəyişən insanlara çatmaq çətin olacaqdır. İmam Əli (ə) buyurur ki, əgər bu dünyaya diqqətlə baxsanız, ölümdən sonrakı həqiqətləri burada görə bilərsiniz. Sadəcə, bəsirətli olmaq lazımdır.
Əgər bəsirət gözümüz açıq olarsa, İmamın (ə) da buyurduğu kimi, bu həqiqətləri müşahidə etməyə qadir olarıq.
Oxu24.com
ŞƏRHLƏR