Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu qəsəbədə işıq olmayacaq

2019-01/1548353774_isiq.jpg

CƏMİYYƏT

1135

24.01.2019, 22:17

\"\" Sabah saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Oxu24.com \"Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, fasiləyə səbəb Bakı regionunun Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədi ilə 110/35/10 kV-luq \"Zabrat” yarımstansiyasından çıxan Məhəmmədi 1-2 EVX-lərinin əlaqələndirilməsidir. \"Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.