Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9240
az

Agentlik ixracatçılara xəbərdarlıq etdi: Soğanın mənşəyinə diqqət yetirin

18:4024 Yanvar, 2019
1114
  • A
 Bu gün Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara ünvanlanan xəbərdarlıq yayıb.

Agentliyin məlumatına görə, Türkiyəyə soğan ixrac edənlər soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirməlidirlər.

Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Azərbaycanda becərilən soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdi.

Agentliyə məlumat daxil olduqdan dərhal sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib.

Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğan idxalına icazə verilib. Belə ki, ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi