Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9207
az

Peyğəmbərin də məsləhət gördüyü MÖCÜZƏVİ BİTKİ - Ölümdən başqa hər şeyə çarədir

19:3923 Yanvar, 2019
786
CƏMİYYƏT
  • A
 
Min bir dərdin dərmanı olan, elmi adı ilə çörəkotu, xalq aqrasında isə qara zirə kimi tanınan bitkidən doğru istifadə olunduğu halda ölümdən başqa hər şeyə çarə olduğu deyilir.

Oxu24.com xəbər verir ki, bu bitkinin toxumları qatıq və ya südlə birlikdə istifadə olunduqda öz təsirini daha tez göstərir.

Məhəmməd peyğəmbər (s.ə.v.) də daim bu bitkidən müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edib: “Ölümdən başqa heç bir xəstəlik yoxdur ki, çörəkotunda onun üçün bir dərman olmasın”.

Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında becərilən bu bitkinin tibbi xəstəliklərdə faydasından əlavə, artıq çəki ilə mübarizədə və həzm prosesinin yaxşılaşdırılmasında da rolu var. Onun yağını hər səhər ac qarına, günorta və axşam yeməyindən öncə bir qaşıq içmək olduqca faydalıdır.
 Lakin bu yağdan istifadə edərkən mütləq şəkildə gün ərzində 2 və ya 3 qab qatıq yemək lazımdır.

Çörəkotu necə arıqladır?

- İştah kəsici xüsusiyyəti sayəsində çox yeməkdən imtina etdirir;

- Metabolizmi sürətləndirir;

- Çəki atmağın sağlam yollarla gerçəkləşməsinə yardımçı olur;

- Bədəndə yığılan ödəmin xaric edilməsini təmin edir.
Çörəkotunun faydaları

- İmmun sistemini qüvvətləndirir;

- Astmanın yaratdığı narahatlıqların qarşısını alır;

- Bağırsaq xərçənginin yaranmasını əngəlləyir;

- Qanda şəkəri balansda saxlayır;

- Saçların ağarma prosesini yavaşladır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...