Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9179
az

Bu evi məktub yazma müsabiqəsində qazana bilərsiniz

21:3522 Yanvar, 2019
1085
CƏMİYYƏT
  • A
 
Kanadalı qadın Calgary şəhəri yaxınlığındakı üç yataq otağı olan evini məktub yazma üzrə müsabiqənin qalibinə verə bilər.

Müsabiqəyə maraq göstərənlər iştirak üçün 25 Kanada dolları (19 USD) həcmində giriş haqqı ödəyib "Niyə düşünürsünüz ki, bu göl sahilindəki xəyal evinə sahib olmaq həyatınızı dəyişəcək?" sualına cavab verməlidirlər.

Mülkün sahibi deyir ki, evi səhhətinin zəifləməsinə görə tərk etməli olub.

Alla Wagner dəyəri təqribən 1,28 milyon ABŞ dolları təşkil edən evini sata bilməyəndən sonra "məktub yaz - evini qazan" müsabiqələrlə maraqlanmağa başlayıb.

O, özünün Facebook saytında yazır ki, ailəsinin keçirdiyi firavan günlərilə bağlı xatirələr evi qiymətsiz edir.

"Mən göldən uçub geri qayıdan ördək və qaz sürülərini, açıq səmanı, ulduzlu gecələri, heyvanat həyatını və qarlı dağlar mənzərəsini izləməyi sevirəm".

Zəifləyən səhhətinə görə Alla Wagner evin üst mərtəbəsində yaşamağa məcburdur. Bu onun həyatını "dözülməz" edir.

Alberta bölgəsindəki ev Calgary şəhərindən 65 kilometr aralıda yerləşir. O, daşınmaz əmlak siyahısında "Georgian üslubunda xüsusi həyat evi" kimi təsvir olunur.

Gölə baxan evin öz ərazisi və şərab zirzəmisi var. O, 360 kvadrat metr sahəni zəbt edir. Evdən Rokies dağlarına gözəl mənzərə açılır.

Alla Wagner öz evini "yazıçı və ya rəssamın cənnəti" adlandırır.
 Ev sahibi deyir ki, müsabiqənin 500 finalçısını ictimai səsvermə müəyyən edəcək.

Daha sonrakı mərhələdə müstəqil münsiflər heyətinin üzvləri onların arasından yarışmanın qalibini seçəcək.

Müsabiqə ən azı üç ay ərzində - aprel ayının əvvəlinədək - açıq olacaq. Evin satış qiymətini (1,28 mln. USD) qarşılamaq üçün ödənişlə müsabiqəyə qatılan iştirakçılarının sayı 60 mini üstələməlidir.

Əks təqdirdə yarışmanın müddəti uzadıla bilər.

Mülk sahibi həmçinin kifayət qədər iştirak haqqı ödənilmədiyi təqdirdə müsabiqəni ləğv etmək hüququnu özündə saxlayır.

Alberta bölgəsinin sakini daşınmaz əmlak uğrunda yazı müsabiqəsi keçirən ilk şəxs deyil: 2015-ci ildə bənzər müsabiqə vasitəsilə ABŞ-ın Maine ştatında yerləşən Center Lovell Inn hoteli özünün yeni sahibini qazınıb. 1996-ci ildə çəkilən Spitfire Grill filmində isə yarışma yolu ilə kafenin satılması əks olunur.

Lakin bundan əvvəl keçirilən müsabiqə təcrübələri birmənalı qarşılanmır.

Center Lovell Inn hotelinin qalibi seçiləndən sonra polis müsabiqənin qanuna uyğunluğunu araşdırmışdır.

2016-ci ildə daha bir hotelin elan etdiyi müsabiqə iştirakçıların sayının 8 minə çatmadığı üçün ləğv edildi. Bu barədə Sea Coast Online nəşri xəbər verir.

Britaniyada yetərli iştirakçı cəlb edə bilməyən cütlük müsabiqə qalibinə ev əvəzində ödədiyi mükafatın az olmasına görə tənqid olundu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”