Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda küləyin sürəti şiddətləndi, dayancaqlar yerindən qopdu - ŞOK VİDEO

2019-01/1547708125_5c401ef2319e5_0dayanacaq11547705151.jpg

CƏMİYYƏT

1183

17.01.2019, 10:55

 
Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb. Modern.az-ın məlumatına görə, paytaxtın bəzi hissəsələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb. Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkdiyimiz görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.