Qaynar xətt:

(+99450) 247 90 86

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi, açıq havada iş qadağan edildi

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi, açıq havada iş qadağan edildi

CƏMİYYƏT

855

16.01.2019, 17:30

\"\"  \"Bakı Metropoliteni\" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində gözlənilən ifrat təhlükəli hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, ölkə ərazisində gözlənilən kəskin hava şəraiti, güclü küləklə əlaqədar \"Bakı Metropoliteni\" QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb: \"Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb. Yanvarın 17 və 18-də açıq havada hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan əlavə, yerüstü sahədə yerləşən \"Nərimanov\" elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub\".